Xəbər lenti

Hakimlərimiz terrora görə Türkiyəyə yox, Rusiyaya getməli oldular
İdman11:15 29.06.2016

Hakimlərimiz terrora görə Türkiyəyə yox, Rusiyaya getməli oldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbuldakı terrora görə Türkiyəyə yollana bilməyən azərbaycanlı futbol hakimlərinin məsələsi çözülüb.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, FİFA referimiz Orxan Məmmədov və onun briqadası Yaşar Abbasov, Mübariz Haşımov və Ömər Paşayev Sloveniyaya yollanmalı idi. Məmmədov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah “Domjale” (Sloveniya) – “Lusitans” (Andorra) qarşılaşmasını idarə etməlidir.

Lakin Sloveniyaya uçuş İstanbuldakı terrora görə dünən baş tutmayıb. Belədə UEFA hakimlərimiz üçün başqa variant təklif edib. Belə ki, 4 azərbaycanlı hakim Sloveniyaya daha uzun marşrut olan "Aeroflot" şirkətinə məxsus təyyarə ilə Bakı - Moskva - Venesiya - Lyublyana reysindən yararlanacaqlar.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah “Slaviya” (Bolqarıstan) – “Zaqlebiye” (Polşa) oyununda iş başında olacaq digər 4 hakimimiz - Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Rəhim Həsənov isə Bolqarıstana İstanbulda eniş etməklə yola düşəcəklər.

Qaynarinfo.az