
Belarus Futbol Federasiyasının Hakimlik və İnspektorlar Departamentinin sabiq direktoru (bizdə Hakimlər Komitəsinin sədri vəzifəsi - red.) Andrey Jukova hökm oxunub.
Qaynarinfo.Az xəbər verir ki, Minsk Mərkəzi Rayon Məhkəməsi onun həbsinə qərar verib.
O, əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məruz qalıb. Rüşvətxorluqda və vəzifəsindən sui-istifadədə ittiham olunan Jukov cəzasını sərt tipli koloniya rejimində çəkəcək.
2014-cü ilin oktyabrından 2016-cı ilin iyununa qədər hakimlərin yüksək liqaya təyinatı məsələsi ilə məşğul olan sabiq sədrin bu müddətdə 100-200 dollar məbləğində rüşvət alma faktları ortaya çıxıb. Məhz iyun ayında işindən uzaqlaşdırılan Jukov həmin vaxt həbs olunmuşdu. O artıq dəymiş zərərə görə 912 Belarus rublu ödəyib.
Qeyd edək ki, Belarus Futbol Federasiyası keçmiş sədri arzuolunmaz şəxs elan edib və onu ömürlük futboldan uzaqlaşdırma qərarı alıb.
Qaynarinfo.Az