Xəbər lenti

Hansı dövlət qulluqçularına 1200 manat veriləcək? (VİDEO)
Ekonomiks 10:24 04.03.2025

Hansı dövlət qulluqçularına 1200 manat veriləcək? (VİDEO)

Dövlət  qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsi gücləndirilir. Belə ki, bu qəbildən olan işçilərə dəfəlik 1200, aylıq isə 250 manat ödəniləcək.

Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" qaydasını təsdiq edib.

Millət vəkili Vüqar Bayramov deyir ki,  işğaldan azad olunmuş ərazilərimizdə çalışan dövlət qulluqçuları üçün 1.5 əmsalından istifadə edilməsi nəzərdə tutulur. Yəni, həmin şəxslərə 50 faiz daha çox vəsait ödəniləcək.

Kompensasiyaların verilməsində  də əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir, - deyə millət vəkili qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->