Xəbər lenti

Hava əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Ölkə09:49 31.01.2025

Hava əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.