Əlverişsiz hava şəraiti ilə əlaqədar avtobus reysləri təxirə salınmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev deyib. O bildirib ki, avtobus reyslərinin təxirə salınmasından söhbət gedə bilməz:
"Hazırda Avtovağzaldan bütün avtobuslar vaxtında yola düşür. Reyslərin təxirə salınması kimi hallar yoxdur. Əlerişsiz hava şəraiti olmasına baxmayaraq bu, avtobus səfərlərinə heç bir mənfi təsir göstərmir. Bizim hazırda 10 mindən çox sərnişin yola salmaq imkanımız var. Bir problem ondadır ki, havanın yağıntılı olması sərnişinlərin azalmasına səbəb olub. Bu hal iki gündür ki davam edir".