Xəbər lenti

Hava kəskin dəyişəcək - Diqqətli olun
Ölkə07:53 01.04.2016

Hava kəskin dəyişəcək - Diqqətli olun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Qaynar.info-ya verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan aprelin 4-ü səhərədək yağış yağacağı gözlənir. Yağışların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağışın dağlıq rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Qaynar.info