
Gəncə Beynəlxalq Hava Limanına partlayıcı maddə qoyulması barədə xəbər yalan çıxıb.
Gəncə Beynəlxalq Hava Limanın direktoru Bəylər Nəcəfovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, limanın bütün ərazisi Daxili Qoşunların minatəmizləmə qrupu tərəfindən yoxlanılıb və heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Əməliyyat 02.30 radələrində sona çatıb və səhər saatlarından liman normal iş fəaliyyətini bərpa edib.
Qaynar.info