Xəbər lenti

Hava oktyabrın 27-si səhərədək yağışlı olacaq (XƏBƏRDARLIQ)
Ölkə10:33 24.10.2022

Hava oktyabrın 27-si səhərədək yağışlı olacaq (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.