Xəbər lenti

Hava proqnoz və xəbərdarlıqlarının keyfiyyəti yaxşılaşacaq
Ölkə12:54 06.08.2019

Hava proqnoz və xəbərdarlıqlarının keyfiyyəti yaxşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentində istifadə olunan "Türk Metcap” sistemi ən son versiya olan "Türk Metcapplus” proqramı ilə əvəzlənib.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, yeni müasir proqramın tətbiqi ilə bağlı Türkiyənin Meteoroloji Genel Müdürlüyünün mütəxəssisləri departamentdə 3 gün təlimlər keçiblər.
Qeyd edək ki, "Türk Metcapplus” proqramınıntətbiqi proqnoz və xəbərdarlıqların keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Yeni versiya ilə gündəlik proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələrin, rəqəmli modellərin nəticələrindən istifadə olunacaq, davamlı informasiya mübadiləsinə və hər 3 saatdan bir yeniləşən peyk məlumatlarından istifadəyə imkan yaranacaq.