Xəbər lenti

Hava qızır: 19 dərəcə isti
Ölkə08:58 26.03.2015

Hava qızır: 19 dərəcə isti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 27-də və 28-də Abşeron yarımadasında mülayim yaz havası, əlverişli temperatur şəraiti proqnozlaşdırılır. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında martın 27-də temperatur gecə 5-7˚, gündüz 11-16˚ isti olacaq.
Azərbaycanın rayonlarında da martın 27-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarında temperatur gecə 4-8˚, gündüz 11-16˚, bəzi yerlərdə 19˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 7-12˚, bəzi yerlərdə 15˚ isti olacaq.
Qaynar.info