Xəbər lenti

Hava şəraiti dəyişəcək
Ölkə09:16 01.05.2016

Hava şəraiti dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.az-a verilən məlumata görə, mayın 2-də hava şəraiti dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.
Qaynarinfo.az