Xəbər lenti

Hava şəraiti kəskin dəyişəcək (XƏBƏRDARLIQ)
Ölkə08:44 24.01.2018

Hava şəraiti kəskin dəyişəcək (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya bildirilib ki, şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.
Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.