Xəbər lenti

Havalar nə vaxt düzələcək və hidrometeoroloqlardan proqnoz: "İstilər qabaqdadır"
Ölkə10:31 25.05.2022

Havalar nə vaxt düzələcək və hidrometeoroloqlardan proqnoz: "İstilər qabaqdadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 28-dən sonra ölkə ərazisində havanın tempuraturu tədricən yüksəlməyə doğru gedəcək.
Bu barədə Qaynarinfo-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, mayın 27-28-də ölkə ərazisində hava yağmursuz keçəcək, mülayim Cənub küləyi əsəcək:
"Bir neçə gün ölkə ərzində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunurdu. Artıq bu gün paytaxtda yağış yağdı. Arabir Şümal-Qərb küləyi müşahidə olunur. Bölgələrdə də yağıntılı hava şəraiti davam etməkdədir. Mayın 26-da gündüz saatlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.
Gülşad Məmmədova xüsusi olaraq onu da bildirdi ki, yay fəsli heç vaxt dəyişə, yerini başqa bir fəsilə verə bilməz:
"İstilər qarşıdadır”.
Bahar Rüstəmli