Xəbər lenti

Həbib Nurməhəmmədov fanatı olduğu futbolçunu açıqladı
İdman06:59 01.11.2018

Həbib Nurməhəmmədov fanatı olduğu futbolçunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrlandiyalı Konor Makqreqoru yenərək UFC çempionu olan Həbib Nurməhəmmədov ən çox sevdiyi futbolçunun adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, dağıstanlı idmançı "Al Iİttihad" qəzetinə müsahibəsində "Liverpul"da çıxış edən misirli Məhəmməd Salahın pərəstişkarı olduğunu bildirib:
"Məhəmməd Salahla tanış olmamışam. Amma onu yaxından izləyirəm. Çox yaxşı futbolçudu. Mədəniyyətimizi və əxlaqımızı dünyaya çatdıra bilmək üçün onun kimi insanlara ehtiyacımız var. Sıfırdan başlayıb bu günlərə gəlib çıxıb. Çünki hər zaman intizamlı və əxlaqlı olub. Allah bizim yanımızdadı, mən belə hiss edirəm. Yeni nəsilin Salahdan öyrənəcək çox şey var. O, həqiqətən idealdı".