Xəbər lenti

Həbs olunan jurnalistdən xəbər var - YENİLƏNİB
Ölkə08:21 19.06.2014

Həbs olunan jurnalistdən xəbər var - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17 iyun 1014-cü ildə Tovuz rayonunda yaşayan "Kanal-13" internet televiziyasının əməkdaşı Vüqar İsmayılovun Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən döyülməsi və sonra da şərlənərək həbs edilməsi ilə bağlı Qaynar.info-ya yeni məlumat daxil olub.

Belə ki, məhkəmə hökmü olmadan Vüqar İsmayılov gündür ki, həbsdə saxlanır. 

Məlumatda bildirilir ki, Vüqar İsmayılov Tovuz rayon Prokurorluğuna ifadə verməyə çağırılıb. Onunla yanaşı polislər də prokurorluğa dəvət olunub. Bundan sonra polislər Vüqar İsmayılovu həbs ediblər. Məhkəmə isə bu günə təyin olunub. Hazırda regionda yaşayan digər bölgə müxbirləri məhkəmə binasının önündədirlər. Amma məhkəmənin nə vaxt keçiriləcəyi barədə heç bir informasiya almaq mümkün olmur.

Qeyd edək ki, Vüqar İsmayılov "Kanal-13"-dən əlavə də bir neçə sayta Tovuz rayonundakı neqativ halları fotofaktlarla və videofaktlarla  bərabər göndərib  və bu məlumatlar dərc edilib. Eyni zamanda Vüqar İsmayılovun DYP əməkdaşları ilə bağlı "Youtube" şəbəkəsində yerləşdirdiyi  videoların 200 mindən çox izləyicisi olub.

***

Qaynar.info-ya daxil olan son məlumata görə, jurnalist Vüqar İsmayılovun məhkəməsi keçirilib və ona iki ay həbsqətimkan tədbiri seçilib. Ancaq onun məhkəməsinin nə vaxt keçiriləcəyi ilə bağlı valideynlərinə və yaxınlarına heç bir məlumat verilməyib. 

Qaynar.info