Xəbər lenti

Həbs xəbəri yayılan icra müavini danışdı
Ölkə18:33 05.06.2014

Həbs xəbəri yayılan icra müavini danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabunçu rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Şakir Alıyev həbs olunmasına dair xəbər yayılan xəbərə münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, barəsində yayılan məlumatlar cəfəngiyatdır və həqiqətə uyğun deyil: “Bu ilin mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə seçilmişəm. Hazırda elmi işimi davam etdirirəm. Həbs olunsaydım iş otağımda nə işim var idi?”.
Ş. Alıyev Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevlə aralarında gərgin münasibətin olması haqda deyilənlərə də aydınlıq gətirib: “İcra başçısı ilə aramda heç bir problem yaşanmayıb. O işinin öhdəsindən layiqincə gəlir. Sadəcə, mən elmi işimi davam etdirmək üçün müavin vəzifəsindən öz ərizəmlə getmişəm. Buna mediada hansısa don geyindirmək lazım deyil”. 
Qeyd edək ki, avropa.info xəbər portalı məlumat yayıb ki, mayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon İcra Hakimiyyətinin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib. Ona korrupsiya və rüşvət ittihamları irəli sürülüb. Həbs olunan İcra Hakimiyyəti başçısının keçmiş müavininin adıçəkilən qurumun rəhbəri Adil Vəliyevlə münasibətlərinin pis olduğu bildirilib. Məlumatda o da qeyd olunub ki, Şakir Alıyev mayın 29-da işdən azad edildikdən sonra, qısa müddətdə onun Sabunçu rayonunda vəzifədə olan bütün qohumları işdən azad edilib. 
Qaynar.info