
Respublikaçı Alternativ (ReAl) Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli həbsxanada daha bir şeir yazıb.
Qaynarinfo.Az xəbər verir ki, Natiq Cəfərlinin yazdığı növbəti şeir milli valyutamız olan manata həsr olunub.
Həmin şeiri təqdim edirik:
Manat qalıb ortada
Ərşə çıxıb naləsi,
FED bu ay toplantıda
Hiss edilir nəfəsi.
Neftimiz düşüb taxtdan
Üzünə baxan yoxdur,
Qaz da düşüb dəyərdən
İndi qaz satan çoxdur.
Ölməyə dollar lazım
Manata isə “doxtur”,
Qurusun dilim-ağzım
Deyəsən işlər......tortdur.
Xatırladaq ki, Respublikaçı Alternativ hərəkatının icraçı katibi Natiq Cəfərli 12 avqust 2016-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə təqsirli bilinir.
ReAl Hərəkatı Natiq Cəfərlinin həbsini siaysi sifariş hesab edir.
Aydın
Qaynarinfo.Az

