5 qadına təcavüz etməkdə ittiham olunan və hazırda həbsdə yatan "Mançester Siti"nin fransız futbolçusu Benjamin Mendi üçün daha 2 zorlama iddiası ilə bağlı istintaqa başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda İngiltərə Ədliyyə Nazirliyi açıqlama verib. Məlumata görə fransalı futbolçu daha 2 zorlama faktı ilə ittiham olunur.
"Mançester Siti” daha əvvəl araşdırmalar tamamlanana qədər Mendini heyətdən kənarlaşdırdıqlarını bilfirmişdi.
Futbolçu 3 aya yaxındır ki, Liverpuldakı "HMP Altcourse" həbsxanasında saxlanılır.
Səbuhi Həsənov