Xəbər lenti

Həftə sonu yağış yağacaq
Ölkə08:25 26.10.2013

Həftə sonu yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturunun gecə 10-13, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 27-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti təşkil edəcək. 

Qaynar.info