Xəbər lenti

Həkimlər millimizin üzvünü ağır qan virusuna yoluxdurdu - ŞOK
İdman11:59 15.03.2016

Həkimlər millimizin üzvünü ağır qan virusuna yoluxdurdu - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biz onu, Ayşən Abduləzimovanı  voleybol üzrə Azərbaycan yığmasının əsas simalarından biri kimi tanıyırıq. Son günlər ortalıqda görünməməsi xeyli diqqət çəkirdi. 
Təbii olaraq bu vəziyyət “Ayşən Abduləzimova hardadır” sualını doğururdu. Uzun axtarışlardan sonra idmançı xanımla əlaqə saxlaya bildik. Əldə etdiyimiz məlumatlara görə, həkim müayinəsindən keçən xanım idmançının qanına Bakıdakı xəstəxanalardan birində həyat üçün təhlikəli virus yoluxdurulub. Hələlik xəstəxananın adını açıqlamayan Ayşən Abduləzimova bildirib ki, indi bu haqqda danışmaq istəmir:  
“Mənim indiki durumda olmağım azərbaycanlı həkimlərin səhlənkarlığının nəticəsidi. Mən adi bir problemi həll eləmək, müalicə etdirmək üçün ölkədən çıxmaq istəmədim, amma Azərbaycanın həkimləri mənə daha böyük səhhət problemi yaratdılar. Çiynimdə yüngül zədə vardı. Onu aradan qaldırmaq üçün qısamüddətli müalicə kursu keçməli idim. Çiynimdəki problemi həll edə bilmədikləri bir yana, üstəlik qanıma ağır virus saldılar. Həkimlərin diqqətsizliyi üzündən Bakıda olduğum müddətdə qolum tam hərəkətsiz qaldı. Barmaqlarımı belə tərpədə bilmədim. Vəziyyətim çox ağırlaşdı. Məni bu vəziyyətdə boş yerə üç həftə Azərbaycanda saxladılar. Sonradan öyrəndim ki, əslində qalmamalıyam. Üstəgəl müalicəm də düzgün aparılmır. 
Ölkədə boşu-boşuna saxlanmağım vəziyyətimi hədsiz ağırlaşdırıb. Müayinə üçün Türkiyəyə gəldim. Həkimlər dedilər ki, müalicə mərhələsinə yubandığıma görə çiynimdə ağır açıq əməliyyat aparılmalıdı. Əməliyyat uğurla keçsə də, azərbaycanlı həkimlərin yaratdığı problemim daha çözülməmiş qalıb. Qanıma yoluxan virusun yuyulması üçün isə uzunmüddətli müalicə kursu keçməliyəm”. 
"Virusun yuyulması üçün müalicə kursuna başlanılıb. Bu çətin olduğu qədər də ağır müalicə mərhələsidir" deyə idmançı bildirib. İndiyə qədər çox böyük məbləğdə vəsait sərf olunduğunu söyləyən müsahibimiz gündə 8 dəfə sistem altında yatmalı olduğunu deyib: “İlk mərhələdə sağalacağıma ümidimizi tam itirmişdik, amma indi deyəsən, yavaş-yavaş normala dönürəm. Ümid edirəm ki, müalicələrimi bitirib yenidən idmana qayıda biləcəyəm”. (bizimyol.info)
Qaynar.info