Xəbər lenti

Həkimlərin səhvi gimnastımızın sinir sistemlərini sıradan çıxartdı - FOTOLAR
İdman11:15 08.06.2016

Həkimlərin səhvi gimnastımızın sinir sistemlərini sıradan çıxartdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı bədii gimnast Ruqiyyə Səttarova bədbəxt hadisə ilə üzləşib.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Gimnastika Federasiyasında çalışan məşqçilərin və həkimlərin məsuliyyətsizliyi ucbatından 16 yaşlı bədii gimnast çox ciddi xəsarət alıb.

Vaxtında müalicə etmədikləri üçün, Səttarova əməliyyat həddinə çatıb. Ən pisi isə odur ki, onun əməliyyatı Belarusda səhv edilib. Səhvləri gizlətmək məqsədilə 2-ci əməliyyat İsraildə olub. Ancaq bu dəfə də əməliyyat düzgün edilməyib.

Belədə gimnastın 3 yerdən qolunun sinir sistemi çox ciddi zədələnib və o 2 ilə yaxın dözülməz ağrılar çəkib. Lakin onun əməliyyatlarını, müalicəsini öz öhdəsinə götürən də tapılıb. Belə ki, BƏƏ şeyxlərindən olan Said Əl-Maktum və bədii gimnast Zeynəb Cavadlı ona hər cür köməklik göstəriblər. 

İndi xəstə tədricən sağalmaq üzrədir. O hətta gəzməyə də başlayıb. Bu məsələni diqqətdə saxlamağa çalışacağıq.

Qaynarinfo.az