
Xəbər verdiyimiz kimi, bədii gimnastımız Ruqiyyə Səttarova yığmamızın bolqar baş məşqçisi Mariana Vasilyevanın və həkimlərin məsuliyyətsizliyi sayəsində ciddi həyati təhlükə alıb. Artıq 16 yaşlı idmançının sağlamlığı qaydasındadır. Lakin söhbət insan həyatından gedirsə, bu məsələdə məsuliyyətsizliyin olması çox qəribə gəlir.
Qaynarinfo.az idmançının anası Jalə Mustafayevanı tapıb.
Jalə xanım isə bizə keçmiş barədə daha danışmaq istəmədiyini bildirdi: "Artıq qızım sağalıb deyə, bu haqda artıq danışmaq istəmirəm. Uşağıma kömək edən şəxslər xahiş etdilər ki, adları ictimaiyyət içərisində hallanmasın. Xahiş edirəm ki, məni düzgün başa düşün. Gördüyünüz kimi, bu məsələ ilə bağlı dünən yazdığım statusu da silmişəm. Amma onu deyə bilərəm ki, qızım hələ qoluna görə 6 ay reabilitasiyadan keçməlidir. Qızımın müalicəsinə kömək etmiş şəxslərə bir daha təşəkkürümü bildirirəm".
Qaynarinfo.az