Xəbər lenti

Hələ də saxladığımız özəlləşdirmə çekləri - Onlar nə vaxtsa işə yarayacaq?
Ekonomiks14:50 26.10.2023

Hələ də saxladığımız özəlləşdirmə çekləri - Onlar nə vaxtsa işə yarayacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənə elə gəlir ki, özəlləşdirmə çeklərinin qatarı çoxdan gedib".
Bu sözləri Valyuta.az-a iqtisadçı Fuad İbrahimov "hələ də evlərində özəlləşdirmə çekərini saxlayanlar var. Bu çeklər nə vaxtsa bir işə yarayacaqmı" sualına cavab verərkən deyib.
Fuad İbrahimov bildirib ki, ancaq hökumət marağında, yanaşmasında müxtəlif konsepsiya nəzərə alına bilər:
"Vaxt gələr hökumət, bu çeklərlə bağlı marağı nəzərə alınıb elə bir dəhliz açıla bilər ki, kiminsə əlində qalan özəlləşmə çekləri hansısa bir qüvvəyə çevrilər".
İqtisadçı düşünür ki, əgər özəlləşdirmə payı sizin əlinizdədirsə, təyinatı, istifadəsi, tələbnaməsi yoxdur deyə artıq əşya hesab edərək zibil qutusuna atmayın:
"Çünki zaman gələ və onlar istiadə oluna bilər. Amma hələlik qarantiyalı işıq ucu yoxdur".
"Nə vaxtsa dövlət bu çekləri bərpa etmək üçün bir iş görə bilər" sualına cavab olaraq həmsöhbətimiz bildirib ki, həmin çeklər iqtisadiyyatın bir drayver hissəciyidir, atomudur:
"Bütün müasir bazar iqtisadiyyatı özəlləşmə üzərində qurulub. Bu da özəlləşmə payıdır. Hər zaman hər hansısa bir formada hərəkətə gələ bilər".
Xatırladaq ki, özəlləşdirmə paylarının (çeklər) dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezident Heydər Əliyevin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 2009-cu ildə İlham Əliyevin imzaladığı sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.