Xəbər lenti

Həm dadlı, həm uyğun: Bakının 5 populyar “business lunch” məkanı (SİYAHI)
Ekonomiks 13:20 06.05.2022

Həm dadlı, həm uyğun: Bakının 5 populyar “business lunch” məkanı (SİYAHI)

Nahar vaxtı yaxınlaşdıqca həm doyumlu, həm dadlı, həm də sərfəli menyular təqdim edən restoranlar axtarışına başlayırıq. Nəzərə alaq ki, nahar yeməkləri xüsusilə işləyən insanların sevimli yeməyidir. Çünki həm iş yoldaşlarımız, həm də dostlarımızla yeyə biləcəyiniz dadlı günorta yeməkləri bizə zövq verir, sanki yorğunluğumuzu da aradan qaldırır.

Qaynarinfo bunu nəzərə alaraq, sizə Bakının günorta saatlarında "business lunch” menyusu ilə müştərilərinə xidmət edən bir neçə restoranını təqdim edir:




Restoranın interyeri, keyfiyyətli servislə yanaşı, həm də orada yeyəcəyimiz yeməklərin dadı həmin məkanları bizə unudulmaz edir. Hələ bura da işin gərginliyindən bir az uzaqlaşıb dincəlməyi də əlavə etsək, seçəcəyimiz məkan tam da "ÖZSÜT” ola bilər. 

Günorta saatlarında "ÖZSÜT” restoranının bir neçə filialı sizə dadlı "business luch”lar təqdim edir. Siz Avropa və türk mətbəxinin yeməklərini təqdim edən restoranı seçməklə həm yeməkdən zövq alacaq, həm də günün ikinci yarısına yeni enerji ilə başlayacaqsınız. 

Burada həftənin hər gününün öz "business lunch" menyusu var. Bütün menyu(ana yemək, şorba, salat, içki, günün şirniyyatı) toyuq və ya  ət seçimi etməklə 10.90 və 11.90 AZN arası dəyişir. 
 
Özsüt "Atatürk parkı”

Tel: 070 311 00 11

Ünvan: Özsüt "Fəvvarələr meydanı” 

Tel: 070 314 00 11

Özsüt "Qış parkı” 

Tel: 077 341 00 11

Özsüt "Elmlər”

Tel: 051 351 00 11
 
Özsüt "Gənclik Mall"
 
Tel: 077 351 0011

 


İşin nahardan sonrakı hissəsində daha aktiv və enerjili olmaq istəyirsinizsə, bura sizin üçün maraqlı bir seçim ola bilər. Sizə təqdim edilən "business lunch” seçimi sizin həm büdcənizə, həm də ağız dadınıza uyğun olacaq. Siz 8 manat ödəməklə şorbanın, salatın, isti yeməyin və içkinin dadına baxacaqsınız. 

Ünvan: Əbdülkərim Əlizadə küç.3 (Azərbaycan Kinotetrının yanı, köhnə Bakı Univermağı)

Tel: 050 999 39 54 
 
Xətai ray. Məhəmməd Hadi 36C
 
Tel:050 862 12 12
 
 


Həm açıq havada, həm də qapalı məkanda dadlı nahar etmək istəyirsinizsə, bura sizin seçiminiz ola bilər. "CookshopBaku” həm də təqdim etdiyi müxtəlif çeşidli "business lunch”ları ilə də müştəri məmnuniyyəti qazanıb. Siz restoranda təqdim olunan bir-birindən özəl təamlardan zövq ala bilərsiniz. 

Restoranda "business lunch”ın qiymətləri 13-16 manat arası dəyişir. 

Ünvan: Əziz əliyev küçəsi 4 B (Azərbaycan Kukla tearı ilə üzbəüz)

Tel: 070 888 25 25

 
 

Adı və dadı fərqli bir dönər məkanı. Hamımızın tələsdiyi zamanda tez və doyumlu yeyə biləcəyimiz dönəri fərqli təqdim edən bu məkan sizin də seçiminiz ola bilər. Siz bu məkanda istər kabinetlərdə, istərsə də ümumi zalda əyləşərək istirahət edə bilərsiniz. 

Məkanın "business lunch” menyusu da həm dadlı, həm də büdcənizə uyğundur. Restoranda eyni qiymətə sərfəli 3 "business lunch” menyusu mövcuddur. Siz 7.50 ödəməklə istədiyiniz menyunu seçə bilərsiniz. 

Ünvan: Nərimanov rayonu, Faiq Yusifov küç. 146

Tel: 050 370 09 90, 012 480 09 90

 
 

Könlünüzə türk mətbəxinin ləzzətli təamlarını dadmaq düşübsə. nahar fasiləsində Beyran restoranı sizin üçün seçim ola bilər. Siz burada ana yeməklərlə yanaşı Türkiyə mətbəxinin fərqli məzələrinin də dadına baxa bilərsiniz. Beyran restoranı sizə uyğun qiymətə "business lunch" da təqdim edir. "Business lunh"-ın qiymətləri menyudakı seçimə görə 8.50 və 12.90 arası dəyişir.

Ünvan: Səbail ray., İslam Səfərli küç, 1A(Fəvvarələr Meydanı)(KFC-nin arxası)

Tel: 050 838 30 88
 
Qaynarinfo.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->