Xəbər lenti

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib
Dünya 09:05 16.04.2024

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Fələstin hərəkatının rəsmi nümayəndəsi İzzat ər-Rişq bildirib ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə dialoqda güzəştə getməyəcək və bu ölkənin ordusunun Fələstin anklavından tamamilə çıxarılması tələbindən əl çəkməyəcək.

"Report” xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Fələstin xalqının müdafiəsi üçün yeganə təminat tam atəşkəsdir. İzzat ər-Rişq əlavə edib ki, HƏMAS "(İsrail hərbi qüvvələrinin) Qəzzadan tamamilə çıxarılması və köçkünlərin anklavın şimal bölgələrinə sərbəst qayıtması zərurəti məsələsində” hər hansı güzəştə getməkdən imtina edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->