Xəbər lenti

Həmid Herisçi: “Onlar bizi qula çevirmək istəyirlər”
Ölkə08:23 16.09.2013

Həmid Herisçi: “Onlar bizi qula çevirmək istəyirlər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli yazıçı Həmid Herisçinin kitabının satışa götürülməməsi ilə bağlı Kulis.az-a açıqlama verib.
 
O bildirib ki, Həmid Herisçinin kitabının götürülməməyi xəbərini mətbuatdan öyrənib: “Həmid bəyin kitabını buraxan nəşriyyata arzu edərdim ki, PR üçün daha yeni, daha maraqlı variantlar tapsın. Əvvəl özləri bəyan ediblər ki, bizi boykot edəcəklər, sonra fikirlərini dəyişib bizi ittiham edirlər ki, biz götürmürük.
 
Hal-hazırda anbarımızda inventarizasiya işləri gedir. Artıq bir aydır ki, gətirilən kitab sayına məhdudiyyət qoyulub. Əvvəlki qaydada 100-200 kitab qəbul etmirik,  çünki anbarlarımız doludur və normal qaydada fəaliyyət göstərə bilmirik - ümumilikdə yalnız anbarımızda 15 mindən çox kitab yığılıb. Hər yeni kitabdan 5-6 ədəd qəbul olunur.
 
Bu ay ərzində satış üzrə menecerlərimiz bir neçə kitabın satışından imtina edib. Həmid Herisçının indiyə qədər çıxan bütün kitabları bizdə var. Yeni çıxan kitabı da bizim şəbəkədə yayıla bilər və hətta bizim kafemizdə də təqdim edə bilər”.
 
Yazıçı Həmid Herisçi isə bu xəbəri təsdiqləyib və bunun Nigar xanımın mətbuatda səsləndirdiyi son fikirləri ilə əlaqədar ola biləcəyini istisna etməyib: “Bilirsiz məni kitabın satışının səviyyəsi bir o qədər düşündürmür. Kommersiya məsələlərinin böyük ədəbiyyata dəxli yoxdur. Mənim kitabımın başında söz-söhbətlər artır. Bu göstərir ki, bazarda bir çaxnaşma var. “Əli və Nino” brenddir. Mən özüm də brendlərlə mübarizədə olan adamam. Yeni dövr kapitalizmin ideoloji mərkəzi, bazarı təyin edən, kimin yaxşı, kimin pis olduğunu təyin edən bir reytinq şirkəti var. Mən onları ifşa eləmişəm. Azərbaycandakı o şirkət “TV MR AZ” adlanır. Mənim bu haqda tədqiqatım olub. Sovet dövründə “Azərnəşr” kimi ideoloji struktur var idi. O kimin nəşr edilib, kimin əsərinin nəşr edilməyəcəyinə nəzarət edirdi. Müasir dövrün ideoloji şirkəti isə “TV MR AZ”dı. Bütün bu söhbətlərin arxasında o dayanır. Onlar mənimlə müharibə aparır. Çünki mən onları ifşa eləmişəm. Onlar biz yazıçıları kommersiyanın quluna çevirmək, bizi təhqir etmək, mənasız söhbətləri gündəmə gətirmək, bunlar hamısı o şirkətin işləridir”.


Qaynar.info