Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hemilton Ferrari ilə müqavilə imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə komandanın sosial şəbəkələrdəki rəsmi səhifəsi açıqlama yayıb. Digər pilot Karlos Sayns 2024-cü il mövsümündən sonra "Ferrari” ilə yollarını ayıracaq. Hemilton 2025-ci il mövsümündən etibarən Saynsı əvəz edəcək və Çarlz Leklerlə komanda yoldaşı olacaq.
Hemilton "Ferrari” ilə ən çox çempionluq qazanan pilotdur. Digər yeddiqat dünya çempionu Mixael Şumaxer "Ferrari” ilə beş çempionluq qazanmışdı.
Hemilton buna qədər "Mersedes”lə əməkdaşlıq edirdi.
Səbuhi Həsənov