Xəbər lenti

"Həmin obyektlərdə aparılan kosmetik dəyişikliklərdən sonra qiymətlər əl çatan olmur" - İqtisadçı
Ekonomiks09:56 21.01.2023

"Həmin obyektlərdə aparılan kosmetik dəyişikliklərdən sonra qiymətlər əl çatan olmur" - İqtisadçı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fotolardan da göründüyü kimi, bu tipli layihələrdə avtodayanacaqlar və müxtəlif iaşə obyektləri tikilir. Bu layihə hansısa yüksək çinli məmurun və yaxud da holdinqin dolayısı yolla dövlət büdcəsinin resursları hesabına investisiya qoyaraq şəxsi bizneslərini böyütmək məqsədi  daşıyır".
Bunu Qaynarinfo-ya eks millət vəkili Nazim Bəydəmirli Bakıda yenidən qurulan Mərkəzi Nəbatat Bağının (Botanika Bağı) yeni layihə görüntülərindən danışarkən deyib. İqtisadçı alim bildirib ki, "Botanika Bağı”nda kommersiya obyektləri tikilməkdə davam edəcək:
"Biz bu təcrübəni "Bakı Bulvar” kompleksində gördük. Bulvar İdarəsi yaradıldı, eyni zamanda müxtəlif parklarda, məsələn, "Fantanlar bağı” və digər yerlərdə bunun dəfələrlə müşahidəçisi olmuşuq. Həmin obyektlərdə kosmetik dəyişikliklərdən sonra qiymətlər əl çatan olmur, vətəndaşların istirahəti üçün yer tapılmır. Belə təcrübəni Türkiyə və başqa ölkələrdən götürmək olar. Bələdiyyələrin hesabına belə yerlər işlənir, qiymətlər əlçatan olur və hamı da istirahət edir. Nə qədər ki, korrupsiya, rüşvətxorluq və məmur sahibkarlığı var, büdcə resursları səmərəsiz xərclənəcək və nəticədə istirahət yerləri belə olacaq".
Qeyd edək ki, yenidən qurulan Mərkəzi Nəbatat Bağının (Botanika Bağı) yeni layihə görüntüləri yayılıb. "MB Architects” şirkəti tərəfindən icra olunan layihənin görüntüləri sosial şəbəkərdə paylaşılıb.
Bahar Rüstəmli