Xəbər lenti

Həmyerlimiz Avropa çempionatında komissiya üzvü olacaq
İdman07:03 09.07.2022

Həmyerlimiz Avropa çempionatında komissiya üzvü olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova 18 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Avropa çempionatının final mərhələsində CEV-in Nəzarət Komissiyasının üzvü olacaq.
Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə onunla yanaşı, AVF-in həkimi, Avropa Voleybol Konfederasiyasının  Tibb Komissiyasının üzvü Vüsalə Kazımova da analoji yarışa dəvət alıb. O, qonşu ölkədə tibb işinin təşkilinə nəzarət edəcək.
AVRO-2022 iyulun 9-17-də Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. U-18-lərin Avropa çempionatının final mərhələsində Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Polşa, Sloveniya, Belçika, Çexiya, Finlandiya, Fransa, Gürcüstan və Serbiya mübarizə aparacaq.
Səbuhi Həsənov