
Həmyerlisini qətlə yetirən Maştaga sakini "dəlixanaya" göndərilib.
Qaynar.info xəbər evrir ki, Bakı Ağır cinayətlər məhkəməsində Sabunçu rayon sakini Rizvan Məmmədovun (1983-cü il təv) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekünlaşıb.
Məhkəmədən verilən məlumata əsasən, 2013-cü il mayın 8-də saat 03.40 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində, M.Hüseynzadə, 23 ünvanda Rizvan Məmmədov münaqişə zəminində "Makarov" markalı tapançadan 8 dəfə atəş açaraq həmyerlisi Zöhrab Əliyevi (1974-cü il təv) qətlə yetiib. Sonra isə o könüllü olaraq Sabunçu RPİ 14-cü bölməsinə gələrək təslim olub və tapançanı təhvil verib
İbtidai istintaq materiallarına görə, qətl əmlak mübahisəsinə görə baş verib. Belə ki, hadısədən bir neçə gün əvvəl Zöhrab Əliyev qəsəbədə Rizvan Məmmədova məxsus tikinti materialları mağazasını yandırıb, bu səbəbdən sonuncu qısas məqsədi ilə Əliyevi izləyər, evinin qarşısında güllələyib.
Məhkəmə prosesində təkrar məhkəmə-psixiyatiya ekcpertizası təyin edilib, eksperizanın rəyində göstərılıb ki, Rizvan Məmmədov cinayəti anlaqlı vəziyyətdə törədib, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulub və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanından məhrum olunub.
Beləliklə, məhkəmə həmin rəyə istinadən qərara gəlib ki, R.Məmmədovun barəsində hökm çıxarılanadək 1№li Respublika psixiyatriya dispanserində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, cünki onun əməli hazırda CM-nin 21-ci (anlaqsızlıq) maddəsi altına düşür.
Qaynar.info