Xəbər lenti

Hər gün bankların 1,8 milyon manatı “batır”
Ekonomiks08:30 08.07.2015

Hər gün bankların 1,8 milyon manatı “batır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin may aylarının yekununa görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 313,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu, aprel aylarının yekunu ilə müqayisədə 4,5% və ya 56,6 milyon manat çoxdur. İlin əvvəlindən bəri problemli kreditlər 34,5%, son 1 ildə isə 45,1% artıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə 1 ay ərzində 6,1%-dən 6,4%-ə yüksəlib. Bu nisbət ilin əvvəlində 5,3%, ötən ilin eyni dövründə isə 5,5% olub.

Maraqlıdır ki, problemli kreditlər ölkə üzrə kredit qoyuluşunun azalması fonunda artır. Bu isə onu göstərir ki, banklarda kredit ödənişləri ilə bağlı vəziyyət getdikcə pisləşir.

Qaynar.info