
Dünən mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin narkotik maddədən istifadəyə görə yenidən həbs olunması ilə bağlı mətbuatda məlumat yayılıb.
Məlumata görə, A.Kəsəmənli təxminən 10 gün öncə həbs edilib. Xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladığımız N.Kəsəmənlinin digər oğlu Rəşad Kəsəmənli bu barədə danışmaq istəmədiyini bildirib. R.Kəsəmənli xəbəri dolayısı ilə təsdiqləsə də, bildirib ki, qardaşının bir günahı yoxdur: “Mən bu barədə danışmaq istəmirəm. O, yazıqlıq bir şey yoxdur. Bu saat elə bir vəziyyətdir ki, qarmaqarışıqlıqdır. Hər şey alt-üst olub, aləm bir birinə dəyib. Mən onunla bağlı verilən suallara cavab verməyəcəm”.
Xatırladaq ki, Araz Kəsəmənli 15 il həbs həyatı yaşayıb.