Xəbər lenti

Hərbçilərimiz qəzaya düşdü: Yaralılar var
Ölkə12:32 16.05.2014

Hərbçilərimiz qəzaya düşdü: Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda hərbçilər qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info