Xəbər lenti

Hərrac “qara bazar”ı da vurdu
Ekonomiks05:47 05.04.2017

Hərrac “qara bazar”ı da vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Valyuta hərracından sonra aprelin 5-də banklarla yanaşı, “qara bazar”da da dollar xeyli ucuzlaşıb.

"Qaynar"  xəbər verir ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.7100 manatdan 1.6800 manata, satışı isə 1.7250 manatdan 1.7000 manata  kimi düşüb. Bu isə manatın 1,4-1,7% bahalaşması deməkdir.

Qeyd edək ki, “qara bazarda” bu məzənnə sonuncu dəfə Novruz Bayramından əvvəl  qeydə alınmışdı.

Hazırda banklarda isə dolların alış-satışı 1.68-1.74 manat arasında dəyişir.

Qaynar.Az