Xəbər lenti

“Herta”nın futbolçusu paylaşdığı videoya görə məşqdən kənarlaşdırıldı
İdman11:44 05.05.2020

“Herta”nın futbolçusu paylaşdığı videoya görə məşqdən kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın "Herta” futbol klubu Fil dişindən olan hücumçusu Salomon Kalunu məşqlərdən uzaqlaşdırıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Herta"nın mətbuat xidməti məlumat yayıb.
Futbolçunun məşqlərdən kənarlaşdırılmasının səbəbi onun sosial şəbəkələrdə yayımladığı video görüntülər olub. Soyunma otağında komandanın oyunçuları əl sıxaraq görüşüblər və koronavirus infeksiyası pandemiyası üçün məcburi olan sosial məsafə qaydalarına əməl etməyiblər.
"Kalu öz videosu ilə təkcə kluba böyük ziyan vurmayıb, həm də azarkeşlərdə o fikri yaradıb ki, bəzi oyunçular koronavirusla bağlı vəziyyəti ciddi qəbul etmirlər", - "herta”nın idman direktoru Mixael Pretz deyib.
Öz növbəsində hücumçu bu davranışına görə üzr istəyib: 
"Həqiqətən o zaman bu ağlıma gəlmədi, ancaq və ancaq virusa dair bütün testlərimizin mənfi olduğuna sevinirdim. Videoya çəkdiyimi bilməyən və təsadüfən kadra düşənlərdən də üzr istəyirəm”. 
Alpər