Ekonomiks 14:48 20.01.2024

Hesabına 10 min dollar yığılıb, pensiya ala bilmir - Səbəb nədir?

Azərbaycan vətəndaşı hesabında yığılan 10 min dollar məbləğində olan pensiyasını ala bilmir. 

Bu barədə Qaynarinfo-ya uzun illər Litva Respublikasında yaşayıb, təqaüdə çıxdıqdan sonra vətənə dönən Məmmədov Sabit Qurban oğlu məlumat verib.

Həmsöhbətimiz bildirib ki, son iki ildə onun təqaüdü tamamilə kəsilib. Litvadan bəzi sənədlərin hazırlanması və göndərilməsi tələb olunub. Lakin yataq xəstəsi olan, 84 yaşlı Sabit Məmmədov üçün sənədlərin hazırlanıb göndərilməsi çətinləşib. 

Bəs, bu məsələ Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ notarius yolu ilə həllini tapa bilər:

"Xəstənin yaxınları onun yaşadığı evə notarius gətirməlidir. Xəstə notarial qaydada ailə üzvlərindən birinə etibarnamə verməli və natarius onu təsdiq etməlidir. Bundan sonra etibarnamə verilən şəxs bütün sənədləri dövlət orqanlarından toplayıb, Litva Respublikasına göndərməlidir".

Bahar Rüstəmli