Xəbər lenti

Hesablama Palatasına təyin olunacaq sədr müavini və auditorların adları açıqlandı
Ekonomiks06:53 15.03.2021

Hesablama Palatasına təyin olunacaq sədr müavini və auditorların adları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hesablama Palatasına yeni təyin olunacaq sədr müavini və auditorların adları məlum olub.
APA-nın məlumatına görə, Nəsir İbrahim oğlu Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.
Milli Məclis sədrinin bununla bağlı təqdimatına parlamentin sabah keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, Hesablama Palatasının sədrinin müavini Adil Məhərrəmov, auditorlar Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov işdən çıxmaqla bağlı ərizə yazıblar.