Həştərxan hava limanındakı güclü duman səbəbindən Azərbaycana qayıdan "Buta Airways”in təyyarəsi Bakı vaxtı ilə saat 13:05-də yenidən Həştərxana yola düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Buta Airways”in rəsmi "Facebook” səhifəsində yazılıb.
12.00
Bakıdan Həştərxana uçan təyyarə güclü duman səbəbindən geri dönüb və artıq Azərbaycan paytaxtının hava limanına eniş edib.
Qaynarinfo xəbər verir ki, bu haqda Buta Airways-dən RİA Novosti-yə məlumata verilib.
"Həştərxan hava limanında güclü duman səbəbindən J2-9235 uçuş təyyarəsinin kapitanı Bakı hava limanına qayıtmaq qərarı verdi və Bakı vaxtı ilə 10.50-də (Moskva vaxtı ilə 9.50) təhlükəsiz eniş etdi" - şirkətdən bildirilib.
Havaların yaxşılaşmasından sonra təyyarə heyətinin Həştərxana yola düşməyə hazırlaşacağı gözlənilir.