Xəbər lenti

Həyat yoldaşı Pelenin son durumu ilə bağlı açıqlama verdi
İdman08:22 09.12.2021

Həyat yoldaşı Pelenin son durumu ilə bağlı açıqlama verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yoğun bağırsaq şişindən müalicə almaq üçün xəstəxanaya aparılan Pelenin səhhəti stabildir.
Qaynarinfo xəbər verir ki, 81 yaşlı veteran futbolçu sentyabr ayında yoğun bağırsağın şişindən əməliyyat olunub və xəstəliyi səbəbindən bir aya yaxındır ki, xəstəxanadadır. Xəstəxanadan 1 ay əvvəl verilən açıqlamada Braziliya əfsanəsinin kimya terapiyası keçməli olduğu bildirilmişdi. 
Onun köməkçisi Pepito Fornos avqustda aparılan müayinələr zamanı braziliyalı əfsanənin kimyaterapiya keçməli olduğunu açıqlamışdı. Əməliyyatdan sonra sabiq futbolçu qısa müddət ərzində reanimasiyada olub və sağlamlığını bərpa etmək üçün mübarizə aparıb.
Pelenin şiş müalicəsi alandan bəri pərəstişkarlarının ona böyük maraq göstərdiyini deyən xanımı Marsiya Aoki həkimlərin və tibb bacılarının da olduğu bir fotonun altına bunları yazıb:
"Çətin dövrlərdən keçdik. Bütün həkimlərə və tibb bacılarına təşəkkür edirəm. Hazırda Pelenin vəziyyəti yaxşıdır və biz xoşbəxtik. O, yaxın günlərdə evdə olacaq və özünü hazırda çox yaxşı hiss edir. Xəstəxanada olduğu müddətdə Peleyə böyük maraq və hörmət var idi. Hər kəs çox sağ olsun”.
Səbuhi Həsənov