Xəbər lenti

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024”də iştirak etdi
Ekonomiks 17:28 04.07.2024

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024”də iştirak etdi

Azərbaycanın paytaxt hava limanı iyulun 2-dən 4-dək İstanbulda keçirilən ACI EUROPE 2024 34-cü İllik Konqresi və Baş Assambleyasında iştirak edib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, bu mühüm hadisə sənayenin inkişafının əsas aspektlərini müzakirə etmək üçün Avropanın aparıcı hava limanları rəhbərlərini və aviasiya sənayesi ekspertlərini bir araya gətirir.

İştirakçılar əsas diqqəti geosiyasi amillərin hava limanı sənayesinə təsiri, sərnişin təcrübəsinin təkmilləşdirilməsi, hava limanı infrastrukturunun modernləşdirilməsi və aviasiya sənayesinin karbonsizləşdirilməsinə yönəldiblər. Öz növbəsində Heydər Əliyev Beynəlxalq Aeroportu davamlı inkişaf strategiyasını, o cümlədən tullantıların təkrar emalı sistemlərinin, ətraf mühitə təsirin azaldılması üçün innovativ texnologiyaların tətbiqini və digər əsas təşəbbüsləri fəal şəkildə həyata keçirir.

Bununla yanaşı, hava limanı tədbirin sərgi hissəsində iştirak edərək əldə etdiyi nailiyyətləri nümayiş etdirib. Sərgidə sərnişinlər və tərəfdaşlar üçün xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Bakı hava limanı bu ilin aprel ayında Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olub. Bu, dünya hava limanları ilə fəal əməkdaşlıq, hava limanlarının təkmilləşdirilməsi proqramlarında iştirak, potensialın artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün unikal imkanlar açıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->