
TRT Bakı Təmsilçisi Yıldıray Arslan vəzifəsini icra etməyə başladı.
Ans press-in məlumatına görə, Yıldıray Arslan Azərbaycan üçün yad biri olmadığını, hələ 1990-cı illərdən bəri müxbir olaraq Qarabağ müharibəsi və Azərbaycanda baş verən hadisələri dünyaya çatdıran ilk türk jurnalistlərdən biri olduğunu bildirib.
Yıldıray Arslan Dağlıq Qarabağ müharibəsinin, Azərbaycanın müstəqillik yolunda ilk addımlarının tarixinə şahidlik edib.
Qarabağ müharibəsini, Ankaradakı Elçibəy-Petrosyan görüşünü, Gəncədə Surət Hüseynov qiyamını xəbər və müsahibələrlə dünyaya eşitdirən jurnalistlərdən oldu. Eyni zamanda mərhum prezidentimiz Heydər Əliyevdən müsahibə alan ilk türk jurnalist olaraq tarixə düşüb.
O, Azərbaycan-Ermənistan müharibəsi ilə yanaşı Bosna, Birinci Körfəz və Çeçen-rus müharibələrini də aktiv müharibə müxbiri olaraq işıqlandırıb.
Yıldıray Arslan TRT-də Xəbər departamentində müxbir, xəbər müdiri, xəbər departamentinin sədr müavini və xəbər departamentinin sədr vəkili vəzifələrini icra edib. Türkiyədə Parlament müxbirləri dərnəyi, prezident administrasiyası və baş nazirlik müxbirləri dərnəyi, Ankara jurnalistlər cəmiyyəti, KİV ixtisas jurnalistləri federasiyasında da sədr vəkili vəzifəsini icra etməkdədir.
Azərbaycanlı xanımla evli olan Yıldıray Arslan bir oğul atasıdır.
İllər sonra təkrar can Azərbaycana təmsilci olaraq qayıdan Yıldıray bunun qürur və şərəf verdiyini, dost və qardaş ölkənin yayım qurumları arasındakı işbirliyinin daha da mökkəmlənməsi və inkişafı üçün bütün səylərini səfərbər edəcəyini söyləyib.
Qaynar.info