Foto 20:23 29.04.2023

Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirildi

SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Birlik tərəfindən ağacəkmə aksiyası reallaşıb.
 
Aksiyada Birliyin rəhbər şəxsləri ilə yanaşı, digər struktur bölmə əməkdaşları da iştirak ediblər. Baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.