Mərhum prezident elə görüşdə Səfər Əbiyevə tapşırır ki, mayor rütbəsini leytenantın çiyninə taxsın
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Milli Ordunun əsgərləri ilə görüşünü əks etdirən video kadrlar sosial şəbəkələrdə yayılıb.
“Qafqazinfo” xəbər verir ki, o zamanki dövlət başçısının Milli Ordunun baş leytenantını təltif edərkən onlar arasında baş tutan dialoq böyük maraqla qarşılanıb. Həmin dialoqda baş leytenantın çıxışından sonra Heydər Əliyev ona mayor rütbəsi verilməsi haqda göstəriş verir.
Elə görüşdə müdafiə naziri Səfər Əbiyevə tapşırır ki, mayor rütbəsini leytenantın çiyninə taxsın.
Qaynar.info xəbər verir ki, Arif Məmmədov adlı videodakı hərbiçi hazırda Lənkəran Dövlət Universitetində hərbi biliklər kafedrasında işləyir.
Həmin görüşdən olan kadrları oxuculara təqdim edirik: