Xəbər lenti

Həyətində kabab bişirdi, qonşusu şikayət etdi - Cərimə olundu
Ölkə17:26 26.02.2026

Həyətində kabab bişirdi, qonşusu şikayət etdi - Cərimə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda həyətində kabab bişirən şəxs qonşu tərəfindən şikayət olunduğu üçün cərimələnib. 
Qaynarinfo-nun məlumatına görə, 1990-ci il təvəllüdlü R.T. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xulqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.  
Məlum olub ki, təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən həyətində manqal yandırıb. Manqalın tüstüsü qonşusu X.N.-nı narahat etdiyi üçün aralarında mübahisə yaranıb. Bu zaman ona qarşı təhqiramiz ifadələr işlədib. Təqsirləndirilən şəxs aralarında anlaşılmazlıq yarandığını və əməlindən peşman olduğunu bildirib. 
X.N.-nın şikayəti əsasında R.T. saxlanılıb. Məhkəmənin hökmü ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. Həmin şəxs məhkəmə iclas zalından azadlığa buraxılıb.
Aydın