Xəbər lenti

Həzrət Əlinin sirdaşının məzarı dağıdıldı
Ölkə19:02 03.05.2013

Həzrət Əlinin sirdaşının məzarı dağıdıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəbri açan terrorçular cəsədin çürümədiyini görüblər.

Məhəmməd Peyğəmbərin (s.ə.s) səhabələrindən və Həzrət Əlinin (ə) sirdaşlarından olan Hücr ibn Adiyyinin Dəməşqin Adra bölgəsində yerləş türbəsi dağıdılıb. 

Ərəb tarixçilərinin yazdığına görə, Hücr ibn Adiyyi “Siffeyin”, “Nəhrevan” və “Cəməl” döyüşlərində iştirak edib və Həzrət Əlini (ə) bir an da olsa tək qoymayıb. O, hicri təqvimilə 51-ci ildə Müaviyənin əmri ilə qətlə yetirilib. Anspress-in məlumatına görə Onun məzarının suriyalı terrorçular tərəfindən açıldəğı bildirilir. 

Livanlı mənbənin verdiyi məlumata görə, qəbri açan terrorçular cəsədin çürümədiyini görüncə, onu naməlum yerə aparıblar.

Qaynar.info