"Azərbaycanda "Hibrid Mir f1” qarpızları yetişdiriləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib. O bildirib ki, qarpızın bu növü 55-80 gün müddətində yetişir:
"Çəkisi təxminən 10-11 kilo olur. Ümumiyyətlə, hibrid toxumları sürətlə inkişaf edir. Məhsuldarlığı adi toxumlardan iki dəfə çox olur, hətta bəzi yerlərdə üç qat artıq məhsul almaq olur. 10 gündən artıq qalıcılıq qabiliyyəti var, həddindən artıq şirin və çox tünd qırmızı rəngdə olur. Düşünürəm ki, alıcılar ondan razı qalacaq”.
Bahar Rüstəmli