İsrailin paytaxtı Tel-Əvivdə keçirilən "Böyük Dəbilqə” turnirinin ikinci günündə cüdoçumuz Hidayət heydərov tatami üzərinə çıxıb.
Qaynarinfo xəbər veri ki, -73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov israilli idmançı Tohar Butbulla qarşılaşıb. Cüdoçumuz bu rəqibini məğlub edərək məğlub edərək finala çıxıb.
Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gələcək.
Böyük Dəbilqənin ilk günündə təmsilçilərimizdən 66 kq çəki dərəcəsində Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub.
Yarışda ölkəmizi ümumilikdə 9 cüdoçu təmsil edir.
Səbuhi Həsənov