Xəbər lenti

Hikmət Hacıyev: "Azərbaycana qarşı irəli sürülən ittiham əsassızdır"
Ölkə19:09 15.10.2020

Hikmət Hacıyev: "Azərbaycana qarşı irəli sürülən ittiham əsassızdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat verib.
O bildirib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: "Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”.