Xəbər lenti

Hindistan Ali Məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğvini təsdiqlədi
Dünya 17:36 11.12.2023

Hindistan Ali Məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğvini təsdiqlədi

Hindistan parlamenti tərəfindən 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvinin təsdiqi konstitusiyaya uyğun olaraq həyata keçirilib. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bunu Hindistan Ali Məhkəməsinin sədri Dhanancaya Yeşvant Çandraçud deyib.

Hindistanın baş naziri Narendra Modi qərarı alqışlayıb.

Hakim izah edib ki, Cammu və Kəşmir ştatının ölkənin digər ştatlarının malik olduğu səlahiyyət və hüquqlardan fərqli daxili suverenliyi olmayıb. Çandraçud həmçinin hökumətlə razılaşıb ki, konstitusiyanın Cammu və Kəşmirə xüsusi status verən maddəsi müvəqqətidir. "Tarixi kontekstdən və 370-ci maddənin konstitusiyanın 21-ci hissəsinə ("Müvəqqəti, keçid və xüsusi müddəalar”) daxil edilməsindən belə nəticəyə gələ bilərik ki, bu müvəqqəti müddəadır”, deyə hakim qeyd edib. 

Hindistan Ali Məhkəməsinin dəstəyi o deməkdir ki, Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarı hüquqi cəhətdən mübahisələndirmək mümkün olmayacaq. Modi bunu tarixi qərar adlandırıb. 

"Bu, Cammu, Kəşmir və Ladaxdakı bacılarımız və qardaşlarımız üçün ümid, tərəqqi və birliyin böyük təntənəsidir. Məhkəmə öz uzaqgörən müdrikliyi ilə hindlilərin hörmət etdiyi və bəslədiyi birliyin təməlini möhkəmləndirdi”, deyə o, X hesabında yazıb. 

Hindistanın keçmiş knyazlıq və sonradan ştata çevrilmiş Cammu və Kəşmirə sahiblənməsi Pakistan və Çin tərəfindən mübahisələndirilir. Pakistan Azad Kəşmir və Gilgit-Baltistana bölünən Kəşmirin bir hissəsinə nəzarət edir. Çin strateji əhəmiyyətli Aksayçin bölgəsinə və Ladaxdakı ərazilərin bir hissəsinə nəzarət edir. 2019-cu ildə Hindistan hökuməti ştatı iki ittifaq ərazisinə - Cammu və Kəşmir və Ladaxha bölünməsinə dair qanun layihəsi təqdim edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->