Xəbər lenti

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir
Ekonomiks15:37 08.02.2026

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir.
APA xəbər verir ki, bunu Hindistanın "Bharat Petroleum” şirkətinin LNG üzrə bölməsinin rəhbəri Pandiyan Qoa şəhərində keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində "The Hindu” qəzetinə açıqlamasında bildirib.
"Bharat Petroleum” şirkətinin bölmə rəhbəri qeyd edib ki, Hindistanın dövlət neftayırma şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə mayeləşdirilmiş təbii qaz alınması barədə danışıqlar aparır. Şirkət eyni zamanda təchizatın şaxələndirilməsi üçün ABŞ-dan da ucuz qiymətə LPG almağı planlaşdırır və bununla əlaqədar tender elan edib.